Dünya futbolu
“Yuventus” baş məşqçisi ilə bağlı qərar qəbul etdi

27.02.2026 | 10:40
Məlum olduğu kimi, “Yuventus” uğursuzluqlar zolağında çırpınır: “byankoneri” İtaliya Kubokunda və Çempionlar Liqasında mübarizəsinə xitam verib, İtaliya A Seriyasında isə çempionluq mübarizəsindən qopub.
Sports.az xəbər verir ki, müvafiq mənzərədə “Qoca Sinyora”nın rəhbərliyi “byankoneri”nin baş məşqçisi, 66 yaşlı italyan mütəxəssis Luçano Spalletti ilə bağlı qərar qəbul edib.
Vurğulanır ki, uğursuzluqlara rəğmən, Turin klubu təcrübəli mütəxəssislə cari mövsümün sonunda başa çatacaq müaviləsinin müddətini uzatmaq niyyətindədir.
Son xəbərlər





























