Dünya futbolu
“Atletiko” əfsanəsi ilə bağlı məlumatı təkzib etdi

28.02.2026 | 10:40
Məlum olduğu kimi, daha əvvəl Madrid “Atletiko”sunun əfsanəsi, fransalı hücumçu Antuan Qrizmannın mart ayında “döşəkçilər”dən ayrılacağı – MLS klubu “Orlando Siti”yə keçəcəyi haqda məlumat yayılıb.
Sports.az xəbər verir ki, “Ateltiko” müvafiq məlumatı təkzib edib.
Bildirilir ki, Qrizmann “döşəkçilər”lə 2027-ci ilin iyun ayının sonuna qədər müddətə nəzərdə tutulmuş müqaviləsi əsasında “Atletiko” üçün çıxışını davam etdirəcək.
Son xəbərlər





























