Dünya futbolu
Cəlalın komandasına bir qol bəs etdi

28.02.2026 | 13:20
Bolqarıstan çempionatında 23-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında “Spartak”ı (Varna) qəbul edib. Matç Cəlalın komandasının qələbəsi ilə yekunlaşıb – 1:0. Hüseynov 74-cü dəqiqədə meydana buraxılıb.
Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Arda” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
Son xəbərlər





























