Dünya futbolu
“Çelsi” əsas ulduzu ilə bağlı qərar qəbul etdi

01.03.2026 | 10:40
“Çelsi” rəhbərliyi “zadəganlar”ın əsas ulduzu, 23 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçi Koul Palmerlə bağlı qərar qəbul edib.
Sports.az xəbər verir ki, London klubunun maliyyə hesabatları ilə bağlı yaranmış çətinliklərinə rəğmən, “Çelsi” Palmerlə yollarını ayırmaq fikrində deyil.
Vurğulanır ki, ümumiyyətlə klub rəhbərliyi fəsadlarını əsas futbolçularını satmadan çözəcək.
Son xəbərlər





























