Dünya futbolu
Ronaldo zədələndi

01.03.2026 | 15:40
"Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun "Əl-Fayha" ilə səfər matçında zədələnib.
Sports.az xəbər verir ki, oyunçu 81-ci dəqiqədə axsayaraq meydanı tərk edib.
Ehtiyat oyunçular skamyasında onun bud əzələsinə buz qoyulub.
Ronaldo oyunun əvvəlində penaltidən yararlana bilməyib.
41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının bombardirləri siyahısında 21 qolla üçüncü yerdədir.
Son xəbərlər





























