Dünya futbolu
Raşford “Barselona” ilə razılıq əldə etdi

02.03.2026 | 10:20
Məlum olduğu kimi, “Mançester Yunayted”in ingiltərəli sol cinah hücumçusu Markus Raşford cari mövsümün sonuna qədər müddətə icarə müqaviləsi əsasında “Barselona”nın xidmətindədir.
Sports.az xəbər verir ki, Raşford cari mövsümün sonunda tamhüquqlu əsasda “baluqrana”nın düşərgəsinə keçmək üçün Kataloniya klubu ilə razılığa gəlib.
Tərəflər 3 illik müddətə müqavilə razılaşdırıblar. “Barselona” Raşford müqabilində “qırmızı şeytanlar”a 30 milyon avro məbləğində ödəniş edəcək.
Son xəbərlər





























