Dünya futbolu
Ture hansı komandanı İngiltərə çempionu görür?

03.03.2026 | 10:20
“Mançester Siti”nin ivuarlı keçmiş mərkəz yarımmüdafiəçisi Yaya Ture İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu olacaq komanda ilə bağlı qənaətini açıqlayıb.
Sports.az xəbər verir ki, keçmiş futbolçu “Arsenal” və “Mançester Siti” arasında seçim edib:
“Hesab edirəm ki, “Mançester Siti” “Arsenal”dan daha yaxşı oynayır. Söhbət üslubdan, təcrübədən, oyuna yanaşmadan gedir. Bəli, zənnimcə, “Mançester Siti” Premyer Liqanı qazanacaq”, deyə Ture vurğulayıb.
Son xəbərlər





























