Dünya futbolu
“Aston Villa” “Çelsi”nin hücumçusunu satın almağa hazırdır

03.03.2026 | 15:00
“Aston Villa” rəhbərliyi “Çelsi”nin cari mövsümün sonuna qədər müddətə “Bayern”ə icarəyə verdiyi 24 yaşlı seneqallı mərkəz hücumçusu Nikolas Ceksonu yayda satın almağa hazırdır.
Sports.az xəbər verir ki, daha əvvəl verdiyi açıqlamaında Cekson icarə müqaviləsi başa çatdıqdan “Çelsi”yə qayıdaraq, “zadəganlar”ın heyətində möhkəmlənmək fikrində olduğunu bəyan edib.
Vurğulanır ki, yayda “Aston Villa” “Çelsi” ilə danışıqlar masası başında oturmağı nəzərdə tutub. Buna qədər isə məsələ çox güman, qeyri-müəyyən olaraq qalacaq.
Son xəbərlər





























