Dünya futbolu
“Komo”nun yarımmüdafiəçisi “İnter”ə keçə bilər

04.03.2026 | 23:00
“Komo”nin 21 yaşlı argentinalı hücumameylli yarımmüdafiəçisi Nikolas Pas karyerasını “İnter”də davam etdirə bilər.
Sports.az xəbər verir ki, rumın mütəxəssis Kristian Kivunun rəhbərlik etdiyi “neradzurri”nin məşqçi qərargahı Pası “İnter”in oyun keyfiyyətini yaxşılaşdıra biləcək seçim olaraq görür.
“İnter” Pas uğrunda mübarizədə, yayda gənc futbolçunu məzunu olduğu Madrid klubuna qaytarmaq niyyətində olan İspaniya nəhəngi “Real”la çəkişməli olacaq.
Son xəbərlər





























