Dünya futbolu
“Arsenal” çempionluğu nəyin bahasına olursa olsun qazanacaq”

04.03.2026 | 09:20
“Mançester Yunayted”in ingilis keçmiş mərkəz müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Rio Ferdinand cari mövsümün İngiltərə çempionu olacaq komanda haqda qənaətini açıqlayıb.
Sports.az ingilis təhlilçinin müvafiq açıqlamasını təqdim edir:
“Düşünürəm ki, “Arsenal” çempionluğu nəyin bahasına olursa olsun qazanacaq. Onlar qənimətləri qazandıqda fərqli bir komanda olacaq və əminlik hasil edəcəklər. Növbəti mövsümdə isə onlarla oynamaq daha da çətin olacaq”, deyə Ferdinand vurğulayıb.
Son xəbərlər





























