Dünya futbolu
MY yarımmüdafiəçisi ilə əməkhaqqı məsələsində razılaşa bilmir

04.03.2026 | 13:00
“Mançester Yuanyted” rəhbərliyi “qırmızı şeytanlar”ın 20 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi Kobbi Meynu ilə əmək müqaviləsinin yenilənməsində maraqlıdır.
Sports.az xəbər verir ki, buna rəğmən, İngiltərə nəhəngi gənc futbolçu ilə əməkhaqqı məsələsində ortaq dil tapa bilmir.
Vurğulanır ki, tərəflər müvafiq məsələni çözmək üçün qarşıdakı həftələrdə görüş keçirmək niyyətindədirlər.
Xatırladaq ki, Meynunun “Mançester Yunayted”lə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























