Dünya futbolu
“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisini satın ala bilər

04.03.2026 | 16:00
“Aston Villa”nın 23 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçisi Morqan Rocersin yayda “şirlər”in düşərgəsini tərk edəcəyinin ehtimalı artır.
Sports.az xəbər verir ki, bu, Birmingem klubunun növbəti mövsümün Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi halda, daha böyük ehtimalla baş verəcək.
Rocersin xidmətinə iddialı klublar arasında “Liverpul” səviyyələnir. “Qırmızılar”ın Rocers müqabilində 115 milyon avro məbləğində ödəniş edə biləcəyi vurğulanır.
Son xəbərlər





























