Dünya futbolu
“Qalatasaray” “Liverpul”la oyunda azarkeşsiz qalacaq

04.03.2026 | 21:30
“Qalatasaray” azarkeşlərinin UEFA Çempionlar Liqası matçında qayda pozuntularına görə cəzalandırılıb.
Sports.az xəbər verir ki, fevralın 25-də fanatlar “Yuventus”la cavab matçında (2:3) pirotexniki vasitələrdən istifadə ediblər və meydançaya tribunadan müxtəlif əşyalar atıblar.
Klub 40 min avro məbləğində cərimələnib. Həmçinin, azarkeşlər “Liverpul”la 1/8 finalın səfər oyununa bilet ala bilməyəcəklər.
“Liverpul” “Qalatasaray”ı martın 18-də qəbul edəcək. İlk oyun isə martın 10-da keçiriləcək.
Son xəbərlər





























