Dünya futbolu
“Bayern” oyunçusu ilə danışıqlarını dayandırdı

05.03.2026 | 15:00
“Bayern” rəhbərliyi münhenlilərin 28 yaşlı avstriyalı sağ cinah müdafiəçisi Konrad Laymerlə yeni müqaviləyə dair danışıqlarını dayandırıb.
Sports.az xəbər verir ki, tərəflər gözləntilərində xeyli fərqli mövqe tutublar.
Laymer yeni müqavilə üzrə əməkhaqqının 10 milyon avro məbləğdən 15 milyon avro məbləğə artırılmasını tələb edir, Münhen klubunun rəhbərliyi isə müvafiq addıma hazır olmadığı vurğulayır.
Xatırladaq ki, Laymerin “Bayern”lə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonna qədər qüvvədədir.
Son xəbərlər





























