Dünya futbolu
FIFA “Kamp Nou”nu təftiş edəcək

06.03.2026 | 10:40
FIFA-nın xüsusi təftiş şurası “Barselona”nın doğma stadionu “Kamp Nou”ya yoxlama ilə baş çəkəcək.
Sports.az xəbər verir ki, təmir-yenidənqurma işlərindən sonra yenicə qismən açılmış “Kamp Nou” 2030-cu ilin futbol üzrə dünya çempinatının final oyununun keçirilməsinə əsas namizədlərdəndir.
FIFA-nın təftiş şurası “Kamp Nou”nu məhz bu məqsədlə ziyarət edəcək, arenanı müxtəlif tələblər əsasında qiymətləndirəcək.
Son xəbərlər





























