Dünya futbolu
Arteta “Arsenal”dan hansı halda istefa verə bilər?

06.03.2026 | 17:00
Məlum olduğu kimi, 43 yaşlı ispan mütəxəssis Mikel Artetanın çalışdırdığı “Arsenal” cari mövsümdə çıxış etdiyi bütün yarışlarda çempionluq uğrunda mütləq mübarizə aparır.
Sports.az xəbər verir ki, Artetanın vəzifəsindən istefa verə biləcəyi şərt məlum olub.
Bildirilir ki, “topçular” İngiltərə Premyer Liqasını və Çempionlar Liqasını qazansalar, Arteta London klubundan ayrılacaq. Belə ki, ispan mütəxəssis “Arsenal”la bağlı layihəsini bu iki qəniməti qazanmaq baxımından kifayət hesab edir. Bundan sonra Artetanın daha böyük çağırışlara səs vermək – məsələn, “Real”ın sükanı arxasına keçəmək niyyətində olduğu vurğulanır.
Son xəbərlər





























