Dünya futbolu
Türkiyə kubokunun formatı yenidən dəyişdirilir

06.03.2026 | 21:15
Futbol üzrə Türkiyə kubokunun oyun formatında dəyişiklik edilir.
Sports.az xəbər verir ki, bu qərar Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclasında qəbul olunub.
Turnir 2026/2027 mövsümündən etibarən pley-off sisteminə keçid edəcək.
Yeni formatda əvvəlcə beş təsnifat mərhələsi keçiriləcək. Bunun ardınca 1/8 final, 1/4 final, yarımfinal və final oyunları təşkil olunacaq.
Yalnız yarımfinal mərhələsi iki matçdan ibarət formatda reallaşdırılacaq.
Qeyd edək ki, Türkiyə kubokunun cari mövsümündə təsnifat görüşlərinin ardından qrup mərhələsi başlayıb. Daha sonra komandalar 1/4 finala yüksəliblər.
Son xəbərlər





























