Dünya futbolu
“Tottenhem” baş məşqçi axtarışındadır

07.03.2026 | 10:20
Məlum olduğu kimi, İngiltərə Premyer Liqasında 29 oyundan sonra 29 xal toplamış “Tottenhem” yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb və Çempionşipə yuvarlanmaq təhlükəsi ilə üz-üzədir.
Sports.az xəbər verir ki, yaranmış böhranlı mənzərədə London klubunun rəhbərliyi “mahmızlar”ı böhrandan çıxara biləcək yeni baş məşqçi axtarışındadır.
Bildirilir ki, hazırda “Tottenhem” italyan mütəxəssis Roberto De Dzerbi, argentinalı mütəxəssis Maurisio Poçettino və irland mütəxəssis Robbi Kinlə maraqlanır.
Xatırladaq ki, “Tottenhem” “mahmızlar”ın sükanını cari mövsümün sonuna qədər müddətə xorvat mütəxəssis İqor Tudora həvalə edib, amma komanda özünə heç cür gələ bilmir.
Son xəbərlər





























