Dünya futbolu
“Barselona” “Tottenhem”in müdafiəçisinə göz dikib

07.03.2026 | 23:00
“Barselona” rəhbərliyi yayda “blauqrana”nın müdafiə xəttinin mərkəzini gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, Kataloniya klubu cari mövsümün sonuna qədər müddətə “Tottenhem”dən “Hamburq”a icarəyə verilmiş 19 yaşlı xorvat mərkəz müdafiəçisi Luka Vuşkoviçin xidmətində maraqlıdır.
Vurğulanır ki, tərəflərin nümayəndələri arasında ilk görüş arıtq baş tutub, təfərrüat açıqlanmır.
Əlavə edək ki, Vuşkoviç Avropanın ən ümidverici mərkəz müdafiəçilərindən hesab edilir.
Son xəbərlər




























