Dünya futbolu
Poçettino “Tottenhem”ə görə fədakar addıma hazırdır

07.03.2026 | 19:00
Məlum olduğu kimi, “Tottenhem” çətin dövrünü keçirir, “mahmızlar” İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlana bilərlər.
Sports.az xəbər verir ki, klub rəhbərliyi “mahmızlar”ın sükanı arxasına namizədləri baxışdan keçirir.
Vurğulanır ki, “Tottenhem”in keçmiş baş məşqçisi, hazırda ABŞ yığmasının sükanı arxasında olan argentinalı mütəxəssis Maurisio Poçettino London komandasının Çempionşipə yuvarlanacağı halda belə, “mahmızlar”ı çalışdırmağa hazırdır.
Xatırladaq ki, “Poç” “Tottenhem”i 2014–2019-cu illərdə çalışdırıb.
Son xəbərlər




























