Dünya futbolu
Renatın komandası evdə xal itirdi

09.03.2026 | 11:00
Polşa Ekstraklasasında 24-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” evdə “Qornik”lə qarşılaşıb.
Görüş qolsuz bitib – 0:0. Renat 73-cü dəqiqədə meydana buraxılıb.
Dadaşovun komandası hazırda 31 xalla 13-cü pillədə qərarlaşıb.
Son xəbərlər





























