Dünya futbolu
MY “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır

09.03.2026 | 17:00
“Mançester Yunayted” “Çelsi”nin 21 yaşlı braziliyalı mərkəz yarımmüdafiəçisi Andrey Santosun xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, Santosun keçidinə nail olmaq “qırmızı şeytanlar” üçün çox çətin olacaq.
Belə ki, “Çelsi” hələ ötən mövsüm braziliyalı futbolçuya görə “Mançester Yunayted”in təklifini rədd etmişdi. Bu il isə London klubunun daha sərt mövqe tutacağı təxmin edilir, belə ki, Santos oyununda xeyli tərəqqi edib və böyük gələcək vəd edir.
Son xəbərlər





























