Dünya futbolu
Kazemiro “topçu” ola bilər

09.03.2026 | 11:20
Məlum olduğu kimi, “Mançester Yunayted”in 34 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro yayda “qırmızı şeytanlar”ın düşərgəsini azad agent qismində tərk edəcək.
Sports.az xəbər verir ki, Kazemiro “Arsenal”a qoşula bilər.
Bildirilir ki, “topçular”ların təmsilçiləri brazilyalı “dayaqçı”nın nümayəndələri ilə görüş keçiriblər, təfərrüat açıqlanmır.
Vurğulanır ki, Kazemiro “Arsenal”ın baş məşqçisi, ispan mütəxəsiss Mike Artetanın xüsusi rəğbəti ilə qarşılanır.
Son xəbərlər





























