Dünya futbolu
“Olimpik” “Fulhem”in müdafiəçisi ilə maraqlanır

09.03.2026 | 13:20
Marsel “Olimpik”i “Fulhem”in 18 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Samuel “Sam” Amissanın xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, Fransa nəhəngi Amissa uğrunda mübarizədə İngiltərə Premyer Liqasının bir sıra aparıcı klubları ilə mübarizədən çəkinmir.
Əlavə edək ki, Amissa “bağçılar”ın U-21 komandasının heyətində çıxış edir və gələcək vəd edən müdafiəçilərdən hesab edilir.
Son xəbərlər





























