Dünya futbolu
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi

09.03.2026 | 19:30
Türkiyəli mütəxəssis Engin Fırat 55 yaşında vəfat edib.
Sports.az "Hürriyet"ə istinadən xəbər verir ki, Moldova millisinin sabiq baş məşqçisi İstanbul hava limanında ürək tutmasından həyatını itirib.
Fırat Moldova millisindən başqa, Keniya yığmasını, İranda "Sepehan", "Sayfa", "Qostareş" klublarını da çalışdırıb. O, bu ilin fevralından Livanın “Nedjmex” klubunun baş məşqçisi idi.
Xatırladaq ki, Engin Fıratın adı bir müddət əvvəl Azərbaycan millisi ilə də hallanırdı.
Son xəbərlər





























