“Trabzonspor”dan inamlı qələbə

Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Alanyaspor” – “Gənclərbirliyi” matçı qolsuz bitib. “Eyüpspor” evdə “Kocaelispor”a, “Kayserispor” isə “Trabzonspor”a uduzub.
Hazırda 61 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 57, “Trabzonspor” 54, “Beşiktaş” 46, “Başakşəhər”lə “Göztəpə” 42 xal toplayıblar.
Türkiyə Super Liqası
25-ci tur
7 mart
Başakşəhər – Göztəpə 2:1
Qollar: O.Şahiner, 13. Brniç, 69 – Antuneş, 39.
Beşiktaş – Qalatasaray 0:1
Qol: Osimhen, 39.
8 mart
Qaziantep – Karagümrük 1:1
Qollar: Maksim, 54 – Serjinyo, 63.
Konyaspor – Kasımpaşa 1:1
Qollar: Muleka, 17 – Benediçak, 31-pen.
Rizəspor – Antalyaspor 1:0
Qol: Laçi, 10-pen.
Fənərbağça – Samsunspor 3:2
Qollar: Genduzi, 15. Nene, 90. Şerif, 90+5 – Marius, 11; 23.
9 mart
Eyüpspor – Kocaelispor 0:1
Qol: S.Dursun, 6-pen.
Alanyaspor – Gənclərbirliyi 0:0
Kayserispor – Trabzonspor 1:3
Qollar: Onuqxa, 83 - Onuaçu, 45+2; 45+7-pen. B.Bayazit, 53-öz qapısına.





























