Dünya futbolu
Zamiq Əliyevin komandasından inamlı qələbə

10.03.2026 | 10:00
Albaniya Super Liqasında 27-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Teuta” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.
“Eqnatiya” hazırda 49 xalla üçüncü yerdədir.
Son xəbərlər





























