Dünya futbolu
Dieqo Simeone Antuan Qrizmann haqda qənaətini açıqladı

10.03.2026 | 10:20
Madrid “Ateltiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizmann haqda qənaətini açıqlayıb.
Sports.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Atuan bizim üçün dayaq nöqtəsi, son dərəcədə vacib oyunçudur. Ümidvaram, o, bundan sonra da bunca səmərəli olacaq. Onu çox sevirəm, ona və ailəsinə ən yaxşısını diləyirəm. O, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək”.
Son xəbərlər





























