Dünya futbolu
“Atletiko” “Mançester Siti”nin hücumçusu ilə maraqlanır

13.03.2026 | 17:00
Madrid “Atletiko”su “Mançester Siti”nin 23 yaşlı belçikalı sol cinah hücumçusu Jeremi Doku ilə maraqlanır.
Sports.az xəbər verir ki, “döşəkçilər” keçidi yayda gerçəkləşdirmək niyyətindədirlər.
Vurğulanır ki, müvafiq mənzərədə Doku “şəhərlilər”lə yeni müqavilə imzalamağa çalışsa da, istəyinə müvəffəq ola bilmir.
Xatırldaq ki, Dokunun “Mançester Siti” ilə cari müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























