Dünya futbolu
Millinin baş məşqçisi ilə yeni müqavilə

13.03.2026 | 13:40
İsveç Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Qrem Potterlə müqavilənin müddətini uzadıb.
Sports.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İngilis mütəxəssisin yeni sözləşməsi 2030-cu ilə qədər qüvvədə olacaq. Potter 2025-ci ilin oktyabr ayından İsveç millisini çalışdırır. Komanda Potterin rəhbərliyi altında iki oyuna çıxıb: 1 heç-heçə, 1 məğlubiyyət.
Xatırladaq ki, İsveç 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər





























