Dünya futbolu
Vinisiusun adı ətrafında yenə şayiə dolaşır

14.03.2026 | 12:00
“Real”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Juniorun adı ətrafında yenə şayiə dolaşır.
Sports.az xəbər verir ki, məsələ yenə də klubla futbolçu arasında yeni müqaviləyə dair danışıqların uğursuz axarından qaynaqlarır.
Tərəflər bu dəfə də maliyyə məsələsində dil tapa bilməyiblər və “Vini”nin “Kral klubu”ndan ayrıla biləcəyi ilə bağlı müvafiq şayiə yayılıb.
Xatırladaq ki, Vinisiusun “Real”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























