Dünya futbolu
“İnter” müdafiəçisi ilə razılıq əldə edə bilmir

14.03.2026 | 13:00
“İnter” rəhbərliyi “neradzurri”nin 27 yaşlı braziliyalı sol cinah müdafiəçisi Karlos Auqusto ilə 2028-ci ilin iyun ayının sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Sports.az xəbər verir ki, buna rəğmən, tərəflər məsələnin maliyyət tərəfi üzrə razılıq əldə edə bilmirlər.
“İnter”in mövsümə 3,2 milyon avro məbləğində maaş təklifini Auqusto 4 milyon avro məbləğində əməkhaqqı tələbi ilə qarşılayır.
Məsələnin açıq olaraq qaldığı, tərəflər arasında daha bir görüşün baş tutacağı bildirilir.
Son xəbərlər





























