Dünya futbolu
PSJ-nin Luis Enrikeyə təklifi məlum oldu

15.03.2026 | 15:00
Məlum olduğu kimi, PSJ rəhbərliyi parislilərin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Sports.az xəbər verir ki, Paris klubu ispan mütəxəssisə 4 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə təklif etmək niyyətindədir.
Xatırladaq ki, Luis Enrikenin, Paris klubu ilə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























