Dünya futbolu
Qoretskanın əməkhaqqı tələbi məlum oldu

15.03.2026 | 10:20
Məlum olduğu kimi, “Bayern”in alman yarımmüdafiəçisi Leon Qorestska cari mövsümün başa çatması ilə Münhen klubundan azad agent qismində ayrılacaq.
Sports.az xəbər verir ki, Qoretskanın əməkhaqqı tələbi məlum olub.
Bildirilir ki, alman futbolçu qoşulacağı yeni klubunda mövsümə 10 milyon avro məbləğində sabit ödəniş və əlavə üstəliklər tələb edir.
Xatırladaq ki, Qoretskanın “Bayern”də aldığı maaş 7 milyon avro məbləğindədir.
Son xəbərlər





























