Dünya futbolu
Konte bir şərtlə “Napoli”də qala bilər

15.03.2026 | 16:00
“Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte “eşşəkciklər”in sükanı arxasındakı işini növbəti mövsümdə də davam etdirə bilər.
Sports.az xəbər verir ki, bunun üçün Konte “Napoli”nin, Çempionlar Liqasının növbəti mövsümündə iştirakını təmin etməlidir.
Neapol klubunu rəhbərliyi Kontenin qapışında məhz müvafiq şərti müəyyənləşdirib.
Xatırladaq ki, Kontenin “Napoli” ilə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























