“Beşiktaş”dan inamlı qələbə

Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Samsunspor” evdə “Kayserispor”a, “Kasımpaşa” “Eyüpspor”a qalib gəlib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Beşiktaş” da turu qələbə ilə başa vurub.
Hazırda “Qalatasaray” 64 xalla vahid liderdir. “Fənərbağça” və “Trabzonspor” 57, “Beşiktaş” 49, “Göztəpə” 43, “Başakşəhər” 42 xalı toplayıb.
Türkiyə Super Liqası
26-cı tur
13 mart
Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.
Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.
14 mart
Kocaelispor – Konyaspor 1:2
Qollar: S.Dursun, 58 – Kramer, 86. Muleka, 90+4-pen.
Qalatasaray – Başakşəhər 3:0
Qollar: Sinqo, 57. Osimhen, 66. Naqa, 84.
Göztəpə – Alanyaspor 2:2
Qollar: J.Santos, 7. Janderson, 59 – Haci, 15. İ.Kaya, 90+9.
Trabzonspor – Rizəspor 1:0
Qol: Onuaçu, 51.
15 mart
Kasımpaşa – Eyüpspor 1:0
Qol: Benediçak, 33.
Gənclərbirliyi – Beşiktaş 0:2
Qollar: Olaytan, 56. O.Kökçü, 67.
Samsunspor – Kayserispor 2:1
Qollar: Makumbu, 31. Tomasson, 90+3 – Borevkoviç, 46-öz qapısına.





























