“Tuluza” və “Lill”dən səfər qələbəsi

Fransa Liqa 1-də 26-cı tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Strasburq” – “Paris” və “Havr” – “Olimpik” (Lion) matçları qolsuz bitib. “Mets” evdə “Tuluza”ya, “Renn” “Lill”ə uduzub.
Bu turun PSJ – “Nant” matçı isə təxirə salınıb.
Hazırda PSJ 57 xalla vahid liderdir. “Lans” 56, Marsel “Olimpik”i 49, Lion “Olimpik”i 47, “Lill” 44, “Monako” və “Renn” 43 xal toplayıb.
Fransa Liqa 1
26-cı tur
13 mart
Olimpik (Marsel) – Oser 1:0
Qol: Quiri, 79.
14 mart
Loryan – Lans 2:1
Qollar: Dienq, 18. Tosin, 65 – Eduard, 48.
Anje – Nitsa 0:2
Qollar: Bard. 65. Vahi, 90+6.
Monako – Brest 2:0
Qollar: Baloqun, 19. Qolovin, 78.
15 mart
Strasburq – Paris 0:0
Havr – Olimpik (Lion) 0:0
Mets – Tuluza 4:3
Qollar: Mbala, 30. Kuao, 31. Abuaşvili, 88 – Donnum, 6. Qboho, 14; 45+3. Sauer, 90+9.
Renn – Lill 1:2
Qollar: Lepaul, 59 – Pardo, 2. Haraldsson, 47.





























