Dünya futbolu
“Mançester Yunayted”in həmsahibi Karrikin işini qiymətləndirdi

16.03.2026 | 10:20
Məlum olduğu kimi, “Mançester Yunayted” rəhbərliyi “qırmızı şeytanlar”ın sükanını cari mövsümün sonuna qədər müddətə ingilis mütəxəssis Maykl Karrikə müvəqqəti həvalə edib.
Sports.az xəbər verir ki, Karrikin uğurlu nəticələri ilə diqqət çəkdiyi mənzərədə, “Mançester Yunayted” həmsahibi, britaniyalı milyarder Cim Retkliff ingilis mütəxəssisin işini qiymətləndirib:
“O, işinin öhdəsindən əla gəlir. Vəzifəsini daimi əsasda nə vaxt alacaq? Bu haqda hələ danışmayaq”, deyə Retklif vurğulayıb.
Son xəbərlər





























