Dünya futbolu
“Barselona” “Köln”ün hücumçusu ilə maraqlanır

17.03.2026 | 23:00
“Barselona” “Köln”ün 19 yaşlı almaniyalı sol cinah hücumçusu Səid Əl-Mala uğrunda mübarizəyə qoşulub.
Sports.az xəbər verir ki, Kataloniya nəhəngi Əl-Mala uğrunda mübarizədə “Mançester Yunayted”, “Çelsi”, “Mançester Siti”, “Nyukasl” və “Tottenhem”lə çəkişəcək.
Vurğulanır ki, “Köln” Əl-Mala uğrunda mübarizənin qızışdığını anlayır və futbolçusu müqabilində ən sərfəli təklifi cavblamaq niyyətindədir.
Son xəbərlər





























