Dünya futbolu
“Napoli” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır

17.03.2026 | 19:00
“Napoli” “Arsenal”ın 23 yaşlı italyan sol cinah müdafiəçisi Rikkardo Kalafyorinin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, Kalafyoriyə maraq “eşşəkciklər”in baş məşqçisi, italyan mütəxəssis Antonio Kontedən qaynaqlanır.
Təxmin edilir ki, Neapol klubu yayda müvafiq keçidi gerçəkləşdirməyə cəhd edəcək.
Vurğulanır ki, Kalafyori meydanda daha çox oyun vaxtı alacağı halda, “Napoli”yə keçməyə hazırdır.
Son xəbərlər





























