Dünya futbolu
“Trabzonspor”a bir qol bəs etdi

18.03.2026 | 23:45
Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.
“Başakşəhər” – “Antalyaspor” matçı qolsuz bitib. “Eyüpspor” evdə “Trabzonspor”a uduzubsa, “Alanyaspor” “Kocaelispor”u 5 cavabsız qolla yenib.
Bu turun “Göztəpə” – “Qalatasaray” və “Rizəspor” – “Samsunspor” matçları təxirə salınıb.
Türkiyə Super Liqası
27-ci tur
17 mart
Fənərbağça – Qaziantep 4:1
Qollar: D.Nene, 41; 68; 79. N.Kante, 59 – A.Maksim, 52-pen.
18 mart
Alanyaspor – Kocaelispor 5:0
Qollar: Haderqyonay, 26. Hvanq, 31. Lima, 63. İ.Kaya, 81. Janvyer, 88.
Başakşəhər – Antalyaspor 0:0
Eyüpspor – Trabzonspor 0:1
Qol: F.Auqusto, 66.
19 mart
17:00. Kayserispor – Karagümrük
21:00. Beşiktaş – Kasımpaşa
21:00. Konyaspor- Gənclərbirliyi
Son xəbərlər





























