Dünya futbolu
“Qalatasaray”da iki ciddi itki

19.03.2026 | 09:30
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhenin qolu sınıb.
Sports.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
27 yaşlı hücumçu İngiltərədə "Liverpul"a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.
Nigeriyalı forvardın qoluna gips qoyulub. Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək.
Bundan əlavə, "sarı-qırmızılar"ın digər oyunçusu Noa Lanqın sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində əməliyyat olunmalıdır.
V.Osimhen birinci hissənin sonunda, N.Lanq isə 80-ci dəqiqədə əvəzlənib. Türkiyədə "Liverpul"a 1:0 hesabı ilə qalib gələn "Qalatasaray" iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Son xəbərlər





























