"Qalatasaray" kompensasiya tələb edir

"Qalatasaray" kompensasiya tələb edir

Türkiyənin "Qalatasaray" klubu UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət edib.

Sports.az xəbər verir ki, bu, komandanın İngiltərədə "Liverpul"a uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (0:4) sonra baş verib.

İstanbul təmsilçisinin baş katibi Eray Yazgan Noa Lanqın ağır zədə alması ilə bağlı bu addımı atdıqlarını bildirib:

"Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət etdik. Qurum vəziyyəti qiymətləndirəcək. Biz vəkillərlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir".

Xatırladaq ki, Noa Lanq sözügedən qarşılaşmada ağır zədə alıb. Niderlandlı oyunçunun barmağı reklam lövhəsindəki polad dəliyə ilişərək kəsilib.

Son xəbərlər
“Qarabağ”ın legionerləri milli komandalarından dəvət alıblar
İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat alıb
“Böyük Dəbilqə”də daha 4 cüdoçumuz mübarizəyə başlayır
“Turan Tovuz” “Qəbələ”yə qarşı
“Mançester Yunayted” səfərdə xal itirdi
“Vilyarreal”dan inamlı qələbə
“Lans” darmadağına sevindi
“Napoli”yə 1 qol bəs etdi
“Leypsiq”dən darmadağın
Kurçi mükafatlandırıldı
“Neftçi” 3 xalı 6 qolla qazandı - VİDEO
“İmişli”yə borcumuzu qaytarmalıydıq” - Vernidub
“Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm”
"Qarabağ" uduzdu, "Neftçi" darmadağına sevindi
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Zirə”nin əvəzedicilərindən darmadağın
“Qarabağ” “Kəpəz”ə belə uduzdu - VİDEO
“Çox qaçdıq, çox çalışdıq və istədiyimiz qələbəni qazandıq” - Azər Bağırov
“Təkrara baxdım, mənə görə, penalti idi” - Qurban Qurbanov
“Qarabağ”ın legioneri milliyə çağırıldı
“Sumqayıt”ın 2 legionerinə milli komandalarından dəvət
2026/27 mövsümündə istifadə olunacaq toplar müəyyənləşdi
Vəliyevdən Dünya Seriyasında gümüş medal
2-ci Liqada 21-ci və 22-ci turun oyun cədvəli açıqlandı
Bayramov “Böyük Dəbilqə”nin finalında
Millimizin “FIFA Series – 2026” turniri üçün heyəti açıqlandı
Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli açıqlandı
“Neymarı yenidən milli komandada görməyə ümid edirəm” -Rafinya
Millimiz Türkiyədə bürünc medal qazandı
Xudiyevə UEFA-dan növbəti təyinat
DAHA ÇOX

Ən çox oxunanlar