Keyndən Çempionlar Liqasında ilk

Keyndən Çempionlar Liqasında ilk

Almaniyanın "Bayern" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Sports.az xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsinin "Atalanta"ya qarşı keçirilən cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.

Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirən Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

Təcrübəli hücumçu 2023-cü ildə "Tottenhem"dən Münhen təmsilçisinə keçdikdən sonra "Bayern" forması ilə Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıdan Keyn Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.

Qeyd edək ki, Harri Keyn 2025/2026 mövsümündə "Bayern"in heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 50 qol həddini keçən ilk ingiltərəli futbolçudur.

Son xəbərlər
“Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR
Son gündə iki heç-heçə
“Neftçi” vahid lider oldu, bir oyun baş tutmadı
Keyndən Çempionlar Liqasında ilk
"Qalatasaray" kompensasiya tələb edir
“Santos” baş məşqçisiz qaldı
Messidən 900-cü qol
“Araz-Naxçıvan”ın iki legionerinə milli komandalarından dəvət gəlib
Millimizin heyəti açıqlandı
Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışı başlayır
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
Yüksək Liqada 18-ci turun son oyunu keçiriləcək
Konfrans Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə məşqçi kursları başlayıb
1/4 finala yüksələcək sonuncu komandalar müəyyənləşir
Yüksək Liqada 15-ci turun oyunları keçiriləcək
Günün oyunları – TV
Azərbaycan çempionatının finalçıları müəyyənləşdi
“Qalatasaray”da iki ciddi itki
“Karvan-Yevlax” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qarşı
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
“Trabzonspor”a bir qol bəs etdi
Kalafyori İtaliya nəhənginə qoşula bilər
1/4 finala yüksələn ilk komanda bəlli oldu
“Mançester Siti”nin müdafiəçisi Milana köçə bilər
ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi
“Barselona” “Borussiya”nın hücumçusu ilə maraqlanır
Şirvanda BWF-nin badminton təlimləri keçirilib
“Aston Villa” ulduzunu itirə bilər
“Azərreyl” və “DH Volley”dən qələbə
DAHA ÇOX

Ən çox oxunanlar