Dünya futbolu
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

19.03.2026 | 21:00
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl" (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao ("Sportinq"), Vinisius Junior ("Real") və Dominik Soboslaini ("Liverpul") qabaqlayıb.
Son xəbərlər





























