Dünya futbolu
Mahirin komandası darmadağına üzüldü

21.03.2026 | 22:00
Almaniyanın 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" də bu gün növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nürnberq”lə qarşılaşıb və 0:3 hesablı məğlubiyyətə üzülüb.
Mahir də bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.
"Kayzerslautern" turnir cədvəlində 40 xalla 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər





























