“Bayern”dən darmadağın

Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.
“Köln” – “Borussiya” (Mönhenqladbax) və “Haydenhaym” – “Bayer” matçlarında qalib müəyyənləşməyib. “Volfsburq” evdə “Verder”ə uduzubsa, Dortmund “Borussiya”sı “Hamburq”a qalib gəlib. “Bayern” də “Union Berlin”i 4 cavabsız qolla yenib.
Almaniya Bundesliqası
27-ci tur
20 mart
Leypsiq – Hoffenhaym 5:0
Qollar: Qruda, 17; 44. Baumqartner, 21; 30. Henriks, 78.
21 mart
Bayern – Union Berlin 4:0
Qollar: Olise, 3. Qnabri, 45+1; 67. Keyn, 49.
Köln – Borussiya (Mönhenqladbax) 3:3
Qollar: El-Mala, 4. Açe, 7. Martel, 84 – Kastrop, 1; 60. Sander, 20.
Haydenhaym – Bayer 3:3
Qollar: Behrens, 56. Pyeringer, 72-pen; 85 – Tillman, 22. Şik, 35; 79.
Volfsburq – Verder 0:1
Qol: Njinmah, 68.
Borussiya (Dortmund) – Hamburq 3:2
Qollar: Bensebaini, 73-pen; 84-pen. Girassi, 78 – Otele, 19. Lokonqa, 38.
22 mart
18:30. Maynts – Ayntraxt
20:30. Sankt Pauli – Frayburq
22:30. Auqsburq – Ştutqart





























