Dünya futbolu
Nəriman Axundzadə ABŞ klubunda debüt etdi

22.03.2026 | 00:55
ABŞ-nin "Kolumbus Kru" komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubunda ilk oyununa çıxıb.
Sports.az xəbər verir ki, "Toronto"ya qarşı matçın 88-ci dəqiqəsində meydana çıxan Axundzadə debüt edib.
O, Andre Qomesi əvəzləyib. Matç "Kolumbus Kru"nun məğlubiyyəti (1:2) ilə yekunlaşıb.
"Kolumbus Kru" 5 oyundan sonra 2 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Son xəbərlər





























