Dünya futbolu
Messi Peleni geridə qoydu

23.03.2026 | 11:00
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Nyu-York Siti"yə qarşı keçirilən matçda (3:2) cərimə zərbəsindən vurduğu qolla dünya futbolu tarixinə düşüb.
Sports.az xəbər verir ki, argentinalı futbolçu karyerası ərzində cərimə zərbələrindən vurduğu qolların sayını 71-ə çatdırıb.
O, əfsanəvi braziliyalı Peleni (70 qol) geridə qoyaraq, cərimə zərbələrindən ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.
Hazırda bu siyahıda birinci yerdə 77 qolla digər braziliyalı Juninyo Pernambukano qərarlaşıb.
Bu qələbədən sonra "İnter Mayami" 5 oyundan topladığı 10 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik "Nyu-York Siti" isə ikincidir.
Son xəbərlər





























