Dünya futbolu
Müdafiəçisi “Çelsi”ni tərk etmək istəyir

24.03.2026 | 19:00
“Çelsi”nin 19 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Coş Açimponq yayda “zadəganlar”ın düşərgəsini tərk etmək niyyətindədir.
Sports.az xəbər verir ki, gənc futbolçu müntəzəm əsasda oyun vaxtı almaq və oyun təcrübəsi qazanmaq niyyətindədir.
Açimponqun xidmətində “Bayern”, Dortmund “Borussiya”sı, “Bornmut”, “Nyuskal”, “Kristal Pelas”, “Tottenhem” və “Vest Hem”in maraqlı olduqları haqda məlumat var.
Son xəbərlər





























